"Gürcü Arzusu" vizaliberalizasiyanın dayandırılması üçün hər şeyi edir, onların təbliğat müharibəsi uğursuzluqla nəticələndi, heç bir halda bunu gürcü xalqına, xarici tərəfdaşlara və ya müxalifətə yükləyə bilmirlər.
Aktual.ge xəbər verir ki, bunu “Vahid Milli Hərəkat”ın aparıcı simalarından biri Levan Sanikidze deyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu”nun Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyəcək.
"Çox ağır vəziyyətdə qaldı həm 'Gürcü Arzusu', həm də onun təbliğat vasitələri. Əminəm ki, 'Gürcü Arzusu'nun Avropa İttifaqı qarşısında olan hüquqi və siyasi öhdəlikləri yerinə yetirməyəcək. O, məqsədyönlü şəkildə Gürcüstanın Avro-Atlantik prosesini dağıdır və qalan müddətdə də xalqın maraqlarını qorumağa xidmət edən heç bir öhdəliyi yerinə yetirməyəcək.
Hər şey ondan başladı ki, İvanişvili 26 oktyabr 2024-cü ildə hakimiyyəti ələ keçirdi və 28 noyabr 2024-cü ildə Rustavelidə qətliam törətdi. Siyasi öhdəliklər mövcuddur – siyasi məhbusların azad edilməsi, ədalətli seçkilərin keçirilməsi… Avropa Parlamentinin bəyanatını xatırlamamaq mümkün deyil ki, 'Gürcü Arzusu' ədalətli seçkilər keçirməyənə qədər onun hakimiyyəti Avropa dövlətləri tərəfindən legitim tanınmayacaq. İnsan hüquqlarının qorunması çox önəmlidir.
Bu məsələni gürcü xalqına qarşı şantaj vasitəsi kimi məhz Bidzina İvanişvili istifadə edir. O, Avropanı Orta Dəhliz layihəsi, optik-fiber kabel və regiondakı təsiri ilə şantaj edir. Əgər Avropa tərəfdaşlarımız gürcü xalqının Avropa istəklərinə münasibətini görməsəydilər, ola bilər ki, 'rus qanunları' qəbul olunarkən də bu məsələni dayandırardılar, amma həm siyasi, həm də hüquqi müəyyən oyun qaydaları mövcuddur. Vizaliberalizasiyanın ləğvi kədərli və faciəvi hadisə olacaq. Hakimiyyətin ələ keçirilməsi səbəbindən gürcü xalqı İvanişvilinin hökuməti tərəfindən sanksiyaya məruz qalacaq”, - deyə Levan Sanikidze söyləyib.