Tbilisidə qələbə avtoyürüşü keçiriblər - FOTO
Paytaxt Tbilisidə Azərbaycanın tarixi qələbəsi avtoyürüşlə qeyd olunub.
Aktual.ge məlumat verir ki, Azərbaycan bayrağı ilə bəzədilmiş avtomobillər ölkənin Gürcüstandakı səfirliyinin binası qarşısından hərəkətə başlayıblar.
Tbilisinin Azadlıq meydanı, mərkəzi küçə və prospektləri ilə şütüyən yürüş iştirakçıları “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Avtoyürüş AZƏRTAC-ın təşəbbüsü ilə baş tutub.