Türkiyədən açıqlama: Zəngəzur dəhlizi bu tarixdən sonra tam reallaşacaq
22.08.2025 01:02
1352
Dünya
A
Türkiyədən açıqlama: Zəngəzur dəhlizi bu tarixdən sonra tam reallaşacaq

"Zəngəzur dəhlizi beş ildən sonra tamamilə həyata keçiriləcək".

Aktual.ge xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalının efirində Zəngəzur dəhlizinin komponenti olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti barədə danışarkən deyib.

"224 kilometrlik xətt sərhədlərimiz daxilindədir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var, 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. Bizim tərəflə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam reallaşacaq", - deyə nazir vurğulayıb.

Uraloğlu əlavə edib ki, xətt Qarsdan Tuzluca, İğdır, Aralık, Dilucuya, oradan Naxçıvana və ardınca Zəngəzur dəhlizinə, oradan da Azərbaycana çatacaq:

"Dörd-beş il tamamlama üçün normal müddətdir və xarici kredit sənədlər imzalandığı üçün heç bir maliyyə problemi yoxdur. Şirkət maliyyələşməni gözləmir, 2,4 milyard dollarlıq layihədir. Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xətdir".

ŞƏRH YAZ
3