Yəmənin "Ənsar Allah" hərəkatının husiləri İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək hipersəs ballistik raketdən istifadə etməklə Ben Qurion hava limanına zərbə endiriblər.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, əməliyyat məqsədinə uğurla nail olunub və hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bundan əlavə, mılumatlara əsasən, hazırda Tel-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, partlayış səsləri eşidilir. Əhaliyə sığınacaqlara yerləşmək barədə xəbərdarlıq edilib.
"The Times of İsrail" nəşri İsrail rəsmilərinə istinadən verdiyi xəbərə görə isə raket enərkən havada parçalanıb və bəzi parçaları İsrailin mərkəzinə düşüb, ciddi ziyan vurmayıb.