Tbilisidə 25 yaşlı qız 22 yaşlı ərini qətlə yetirib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qanlı hadisə avqustun 22-də baş verib.
Məlumata görə, 2000-ci il təvəllüdlü T.G. ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.
DİN-in açıqlamasında bildirilir ki, aparılan istintaqla müəyyən olunub:
"Təqsirləndirilən şəxs cari ilin avqustun 22-də, Tbilisidə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı – 2003-cü il təvəllüdlü L.G.-yə soyuq silahla ölümcül xəsarət yetirib.
Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 2000-ci il təvəllüdlü T.G.-ni saxlayıblar.
Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Polis hadisə zamanı istifadə olunan cinayət alətini – bıçağı maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi ilə aparılır ki, bu da ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur".