Qızılhacılı kəndindən Vüqar Bayramov müstəqil namizədliyini açıqladı
24.08.2025 16:13
3963
Siyasət
A
Qızılhacılı kəndindən Vüqar Bayramov müstəqil namizədliyini açıqladı

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində yerli özünüidarəetmə orqanına Vüqar Bayramov müstəqil namizədliyini irəli sürüb.

Aktual.ge-nin verdiyi xəbərə görə, məlumatı Vüqar Bayramov özü təsdiqləyib.

O, bu addımı yerli sakinlərin istəyinə əsaslanaraq atdığını bildirib.

“Yaxın günlərdə Qızılhacılı kəndində seçki qərargahımız fəaliyyətə başlayacaq və ictimaiyyətə geniş məlumat təqdim edəcəyik”, – deyə Vüqar Bayramov qeyd edib.

Qeyd edək ki, Vüqar Bayramov keçmiş Qızılhacılı kənd deputatı İsmayıl Bayramovun oğludur.

ŞƏRH YAZ
2