Qardabanidə xanımının intim xarakterli fotoşəkillərini yayan şəxs saxlanılıb
26.08.2025 01:23
1222
Kriminal
A
Qardabanidə xanımının intim xarakterli fotoşəkillərini yayan şəxs saxlanılıb

Gürcüstan Prokurorluğunun əməkdaşları Kvemo Kartli regionunda şəxsi həyata müdaxilə faktı üzrə bir şəxsi saxlayıblar.

Aktual.ge xəbər verir ki, məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Qurumun bildirdiyinə görə, Kvemo Kartli dairə prokurorluğunun istintaq idarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, cari ilin avqust ayının əvvəlində Qardabanidə yaşayan xarici ölkə vətəndaşı arvadının intim xarakterli fotoşəkillərini qanunsuz şəkildə yayıb.

"Təqsirləndirilən şəxs avqustun 24-də saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 157-prim maddəsinin ikinci hissəsi (şəxsi həyatın sirrini qanunsuz yayma) üzrə ittiham irəli sürülüb. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə qanunla müəyyən olunmuş müddətdə müraciət edəcək.

Gürcüstan Prokurorluğu analoji cinayət törədən şəxslərə qarşı sərt cinayət-hüquqi siyasət həyata keçirir" , - məlumatda deyilir.

ŞƏRH YAZ
5