Əhməd İmamquliyev Marneulidə aksiya elan etdi və müxalifət partiyalarını etiraza qoşulmağa çağırdı
11.11.2020 08:07
336
Siyasət
A
Əhməd İmamquliyev Marneulidə aksiya elan etdi və müxalifət partiyalarını etiraza qoşulmağa çağırdı
"Sabah 11 Noyabr saat 15:00-da Marneuli dairə seçki komisiyasında seçkilərin nəticəsinin sonuncu iclası keçiriləcək! Biz Avropalı Gürcüstan partiyası sabah ora gedərək dinc şəkildə ehtirazımızı bildirəcəyik". Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev özünün "Facebook" hesabında yazıb. O, müxalifət partiyalarına da işarə edərək, saat 15:00-da Marneulidə dairə seçki komissiyasının qarşısındakı keçirəcəkləri dinç aksiyaya qoşulmağa çağırıb: "Marneulidəki başqa müxalif partiyalarının namizədlərini və üzvlərini kimlərki keçirilən seçkilərlə razılaşmır onları orda görmək istərdik, seçkilərin qanun pozuntusu ilə keçirildiyini və qeyri leqitim olduğunu birlikdə, sivil formada və dinc şəkildə etiraz edək".
ŞƏRH YAZ
0