Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçlığı ilə 2025-ci ilin 25-28 avqust tarixlərində Marneuli və Rustavi şəhərlərinin, həmçinin Laqodexi, Bolnisi, Qardabani, Saqareco, Dmanisi rayonlarında fəliyyət göstərən mərkəzlərin 25 müdavimlərinin iştirakı ilə rayonun Armudlu gölü ətrafında yerləşən dağ və meşə landşaftı ilə əhatə olunmuş Armudlu kəndində “Yay Düşərgəsi” keçirilib.
Bu barədə Aktual.ge xəbər portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat verib.
Düşərgənin proqramına uyğun olaraq, iştirakçılar Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alıb, rayonun tarixi abidələrini, mədəniyyət ocaqlarini ziyarət edib, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak ediblər.
Gənclər öncə Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
“ 'Yay Düşərgəsi'nin açılış mərasimində 'Dmanisi Tədris Mərkəzi'nin rəhbəri Kamran Xıdırov çıxış edərək gənclərə bu 3 gün ərzində onların dürgə və düşərgə həyatının səmərəli keçəcəyini, yeni dostlar qazanaraq Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun və yarışlarda, müxtəlif istiqamətli təlimlərdə biliklərini artıracaqlarını bildirib.
Komitənin məsul əməkdaşı Sabit Məmmədov gənclərin inkişafının Komitənin layihələrində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd edib.
O, Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salaraq Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqillik dövründə əlaqələrimizin daha da möhkəmləndiyi və inkişaf etdiyi qeyd edib.
Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
“Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bugünkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”, - deyə Sabit Məmmədov qeyd edib.
Görüşün sonunda tarixçi Alxan Məmmədov “Gürcüstan Azərbaycanlılarının tarixi” mövzusunda düşərgə iştirakçılarına mühazirə oxuyub. Mövzu ətrafında müzakirələr sual-cavab formatında baş tutub.
"Düşərgənin ikinci günündə gənclər Dmanisi tarix muzeyinə səfər edərək rayonun yaranma tarixi ilə tanış olublar. Sonra rayon Milli parkında təşkilatcılar tərəfindən hazırlanmış əyləncəli proqramda iştirak ediblər.
Düşərgənin üçüncü günündə gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandar (Qurbanovla) görüşüblər. Aşıq Kamandar bildirib ki, Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər. Sonradan düşərgə iştirakçıları Dmanisi Sionisi - Dmanisi şəhərində Patara Dmanisi kəndi yaxınlığında, üç kilsəli bazilika tipli VI əsr gürcü memarlığı abidəsinə səfər edib. Abidə 2006-cı il noyabrın 7-də Gürcüstan prezidentinin fərmanı ilə ölkə əhəmiyyətli daşınmaz mədəniyyət abidəsi kateqoriyasına layiq görülmüşdür. Burada gənclər qədim insanların məskunlaşdığı və arxeologi qazıntilar zamanı tapılan məişət əşyaları ilə tanış olublar.
Poqrama uyğun olararq 'Qanun' hüquqi yardım mərkəzinin vəkili Əli Bədirov 'Gürcüstan qanunları və Konstitutiyası' mövzusunda mühazirə oxuyaraq ölkənin ali qanunvericiliyi haqqında düşərgə iştirakçılarına ətraflı məlumat verib. Hüquqşünas son zamanlar Gürcüstan qanunvericiliyi ilə nikah yaşı olaraq 18 yaş müəyyən edildiyini diqqətə çatdırıb, O, bildirib ki, əgər 18 yaşa çatmamış şəxsə toy olubsa o, artıq erkən nikah sayılır və qanunla cəzalandırılır.
Sonda Dmanisi yay düşərgəsində təlim və əyləncə proqramlarında fəal iştiraklarına görə gənclərə sertifikatlar təqdim edilib" , - məlumatda deyilir.