İsrail Təhlükəsizlik Kabinetinin Qəzza şəhərinə yenidən hücumlara razılıq verməsindən sonra bölgəyə yönəlik hücumların ilk mərhələsi başlayıb.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasında “Qəzza şəhərinin kənar rayonlarında bütün gücümüzlə əməliyyatlar aparırıq” ifadələri yer alıb.
Ordu əlavə olaraq bu gün, iki girovun cansız bədənini aşkar etdiklırini açıqlayıb. İsrail mətbuatı isə yazıb ki, girovlardan biri 7 oktyabr 2023-cü ildə Həmas tərəfindən qaçırılmış 56 yaşlı Ilan Weissdir.
İsrail ordusu, bu gün verdiyi ilk açıqlamada, keçən ay humanitar məqsədlərlə elan etdiyi Qəzzədəki müvəqqəti gündəlik “taktiki atəşkəs”in bu gündən etibarən Qəzza Şəhəri üçün keçərli olmayacağını bildirib.
“Vəziyyət qiymətləndirməsi və siyasi səviyyənin təlimatları çərçivəsində, bu gün saat 10:00-dan etibarən, hərbi fəaliyyətlərin taktik-yerli atəşkəsi təhlükəli bir döyüş zonası olan Qəzza Şəhəri bölgəsində tətbiq edilməyəcək” , - açıqlamada deyilir.