Kateqoriyalar
"Türkiyə İsrail gəmilərinin öz limanlarına girişini qadağan edir və təyyarələrin Türkiyənin hava məkanına daxil olmasına məhdudiyyətlər qoyur". Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Biz İsraillə ticarətimizi tamamilə dayandırdıq, limanlarımızı İsrail gəmilərinə bağladıq və türk gəmilərinin İsrail limanlarına girməsinə icazə vermirik.
İsrail üçün silah və sursat daşıyan konteyner gəmilərinin limanlarımıza daxil olmasına icazə vermirik, həmçinin təyyarələrin hava məkanımıza daxil olmasına da” , – deyə Hakan Fidan TBMM-dəki çıxışında bəyan edib.
Qeyd edək ki, Türkiyənin ticarət naziri hələ 2024-cü ilin mayında bildirmişdi ki, Türkiyə İsraillə ticarət münasibətlərini dayandırıb.