Parlament sədri: Brüssel vizasız gediş-gəlişi siyasi alətə çevirmək istəyir
02.09.2025 12:27
392
Siyasət
A
Parlament sədri: Brüssel vizasız gediş-gəlişi siyasi alətə çevirmək istəyir

"Bu, ilk 31 avqust deyil. 2017-ci ildən bəri hər il 31 avqust mövcuddur. Bu isə o deməkdir ki, Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş sazişindən sonra hər il Gürcüstan vəziyyətlə bağlı hesabat hazırlayır".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi üçün Gürcüstana verilən müddətin 31 avqustda başa çatmasına münasibət bildirib.

Spikerin sözlərinə görə, Brüsseldən və ya bəzi Aİ ölkələrindən vizasız gediş-gəliş mövzusunun alət kimi istifadə olunması, bununla da öz siyasi zövqlərini gürcü xalqına zorla qəbul etdirmə cəhdləri müşahidə olunur.

"Vizasız rejim çərçivəsində ölkənin yerinə yetirməli olduğu şərtlər odur ki, Aİ-yə miqrasiya axınının artması, cinayət hallarının çoxalması və s. baxımından təhlükə yaratmasın. Bu istiqamətdə Gürcüstanın yaxşı göstəriciləri var. Hətta nümunəvidir məsələn, əgər hansısa vətəndaş Aİ ərazisinə buraxılmırsa, Gürcüstan həmin vətəndaşı öz hesabına ölkəyə qaytarır. Həmçinin, o ölkələrdə ki, orada Gürcüstan vətəndaşlarının müxtəlif cinayətkar fəaliyyətlərə cəlb olunması riski ola bilər, polis attaşeləri şəbəkəsi yaradılıb. Hesabatlarda da bu istiqamətdə görülən işlər əksini tapıb və Gürcüstan bu məsələdə nümunədir.

Bu məsələnin siyasiləşdirilməsi və manipulyasiya üçün istifadə olunmasına gəlincə isə bu, Brüsseldən və ya bəzi Aİ ölkələrindən son vaxtlar müşahidə etdiyimiz təəssüf doğuran tendensiyadır. Ölkələr və ya bəzi bürokratlar Aİ ideyasından siyasi silah kimi istifadə etməyə, öz siyasi gündəmlərini başqa ölkələrə sırımağa çalışırlar. Bunu Gürcüstan nümunəsində də görürük. 'Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında' qanun, 'xarici təsirin şəffaflığı haqqında' qanun kimi qanunların vizasız gediş-gəlişlə heç bir əlaqəsi yoxdur. Sadəcə vizasız gediş-gəliş mövzusu alət kimi istifadə olunur ki, gürcü xalqına müəyyən siyasi baxışlar zorla qəbul etdirilsin” , - deyə Şalva Papuaşvili qeyd edib.

ŞƏRH YAZ
17