02.09.2025 14:30
420
Siyasət
A
"Avropalı bürokratlar üçün qəbuledilməzdir ki, Gürcüstan hakimiyyətinin başında "Gürcü Arzusu" dayanır" | Kaladze

Bu gün Avropalı bürokratlar üçün qəbuledilməzdir ki, hazırda Gürcüstan hakimiyyətinin başında "Gürcü Arzusu" dayanır. Bu isə vətənpərvər hakimiyyətdir və "onlara deyilən boş şeyləri nəzərə almır".

Aktual.ge xəbər verir ki, bu sözləri "Gürcü Arzusu"nun baş katibi, Tbilisi meri Kaxa Kaladze Aİ tərəfindən Gürcüstan üçün vizaliberallaşmanın dayandırılması ehtimalı ilə bağlı jurnalistlərin sualına cavab olaraq deyib.

“Biz heç kəsi söymürük, heç kimə hücum etmirik, biz öz ölkəmizi, xalqımızı, ölkənin maraqlarını müdafiə edirik. Xalq tərəfindən seçilmiş parlament qanun qəbul edib və buna tam hüququ var. Bizə isə deyirlər ki, bu Avropa qanunu deyil. Mən sadə bir sual verirəm: niyə Avropa qanunu deyil? Bizə arqumentləri göstərin, ola bilsin, biz yanılırıq. Əgər bizi inandırsanız ki, bu anti-Avropa və anti-demokratikdir buyurun, amma şəffaflıq necə ola bilər ki, anti-Avropa və ya anti-demokratik olsun? Bu günədək heç bir arqument təqdim etməyiblər. Yeganə cavab 'çünki belədir' oldu. Bu cavaba əsasən qərar qəbul etmək olarmı? Baş nazir dəfələrlə bəyan edib gəlin danışaq, bizə izah edin, arqumentləri göstərin. Amma biz yaxşı bilirik ki, heç bir arqument yoxdur. Ölkə üçün 'Assosiasiya sazişi'ndə nəzərdə tutulan addımlara baxsanız, hər şey dəqiqliklə yerinə yetirilir. Ancaq siyasi komponent daxil olanda, dərhal spekulyasiyalar başlayır, dərhal yalanla dolu bəyanatlar verilir və heç bir əsas yoxdur. Bu, bugünkü reallıqdır və xalqın əksəriyyəti bunu görür”,  - deyə Kaxa Kaladze qeyd edib.

O, qeyd edib ki, müstəqillik və suverenlikdən daha vacib heç nə yoxdur. 

Onun sözlərinə görə, bugünkü Avropa bürokratiyası tamamilə Avropanın əsaslandığı və Gürcüstanın can atdığı dəyərlərdən uzaqlaşıb. 

ŞƏRH YAZ
14