Tbilisidə keçirilən aksiyada 16 nəfər saxlanılıb
02.09.2025 16:35
377
Siyasət
A
Tbilisidə keçirilən aksiyada 16 nəfər saxlanılıb

Tbilisidə, Rustaveli prospektində aksiya zamanı 9 fəal saxlanılıb.

Aktual.ge xəbər verir ki, fəalların bildirdiyinə görə, aşağıda adları qeyd olunan şəxslər polis maşınına mindirilib:

  • Tika Pataraia;

  • Laşa Dgebuadze;

  • Dani Mağradze;

  • Şuşana Matsaberidze;

  • Tata Feradze;

  • Nene Qablaia;

  • Beka Papashvili;

  • Data Kaşiaşvili;

  • Davit Gunashvili;

  • Albi Kordzaia;

  • Anuki Çrdileli.

Vətəndaşlar Rustaveli prospektini bağlamağa cəhd ediblər, lakin polis buna imkan verməyib. Məhz bu zaman fəalların saxlanılması baş verib.

Aksiya əvvəlcə parlament binası qarşısında keçirilirdi, daha sonra isə Rustaveli teatrı istiqamətində davam etdirilib.

***

Rustaveli prospektində keçirilən aksiya zamanı polis 16 nəfəri saxlayıb – Daxili İşlər Nazirliyinin məlumatına görə, onların saxlanılması İnzibati Xətalar Məcəlləsinə uyğun şəkildə həyata keçirilib.

"Daxili İşlər Nazirliyinin əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, aksiya iştirakçıları avtomobil hərəkətinə mane olmamaq və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən imtina ediblər. Bu səbəbdən, polis İnzibati Xətalar Məcəlləsinə əsasən 16 nəfəri saxlayıb. Aksiya iştirakçılarına müraciət edirik – yolun hərəkət hissəsində toplaşmaq cəhdlərini dayandırsınlar və etirazlarını qanun çərçivəsində ifadə etsinlər",- deyə qurum bildirib.

ŞƏRH YAZ
15