02.09.2025 20:38
697
Siyasət
A
"Bu xəyanət salnaməsi başa çatmalıdır" | Bokuçava

"Sovet dövründə Tea Tsulukianinin atası Gürcüstan vətəndaşları haqqında ölüm hökmü çıxarırdısa, bu gün Tea Tsulukiani Gürcüstan dövlətinə qarşı ölüm hökmü çıxarmaq istəyirdi. Ölkəyə xəyanətkar cinayətkarların bir dəstəsi sahib olub və onlar Putinin tapşırığı ilə Gürcüstanın ən yeni tarixini yenidən yazmağa çalışırlar".

Aktual.ge xəbər verir ki, bunu “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava brifinqdə müvəqqəti istintaq komissiyasının hesabatının təqdimatı ilə bağlı deyib.

Bokuçava ictimaiyyəti birliyə çağırıb və qeyd edib ki, “Birgə güc, etiraz, barışmazlıq və konsolidasiyamızla bu xəyanət salnaməsi başa çatmalıdır”.

ŞƏRH YAZ
1