Yeni DTX rəisi müxalifətin
03.09.2025 15:03
9322
Siyasət
A
Yeni DTX rəisi müxalifətin "Çevriliş" bəyanatlarına gözdağı reaksiyası verdi

“Dinc çevriliş” bilirsiniz necə bir termindir? “Mərhəmətli Saakaşvili” kimi, təxminən belə bir oksimorondur kiçik bir turbulensiya yaratmağa çalışacaqlar. Bizim xidmətimizin işi isə ondan ibarətdir ki, ölkə belə kiçik-kiçik turbulensiyalardan qorunsun.

Aktual.ge xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəisi Mamuka Mdinaradze jurnalistlərə müsahibəsində söyləyib.

O, “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Levan Xabeişvilinin “Gürcü Arzusu” hökumətinin dinc yolla 4 oktyabrda devrilməsi barədə açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, hər şey öz adı ilə adlandırılmalıdır ki, dövlət normal fəaliyyət göstərə bilsin və kiminsə kiçik-kiçik turbulensiyalarla milli maraqlara zərər vurmaq imkanı olmasın.

“Belə insanların bu cür bəyanatlarına ciddi şəkildə şərh vermək olmaz. Bu, bu gün ölkəni narahat edən çağırış deyil. Onların edə biləcəyi yeganə şey kiçik bir turbulensiyadır. Bizim xidmətimizin işi isə ondan ibarətdir ki, ölkə bu kiçik-kiçik turbulensiyalardan qorunsun. Burada hansısa ciddi davamın olacağı təhlükəsi yoxdur. Burada söhbət maksimum iqtisadiyyata azacıq zərər vurmaqdan, insanları narahat etməkdən gedir, bundan o tərəfə 'çevriliş' sözünün onların çağırışı ilə 'dinc' ola bilməsi mümkün deyil. 'Çevriliş' və 'sülh' bir-birini istisna edir. Hüquqşünas olaraq, mən buna elə də çox diqqət yetirməzdim, onların digər bəyanatlarında isə daha açıq şəkildə cinayət xarakterli əlamətlər görünə bilər. Hər şey öz adı ilə adlandırılmalıdır ki, dövlət normal fəaliyyət göstərə bilsin. Kiminsə kiçik-kiçik turbulensiyalarla milli maraqlara zərər vurmaq imkanı olmamalıdır” , - deyə Mamuka Mdinaradze qeyd edib.

ŞƏRH YAZ
26