Kateqoriyalar
Kvemo Kartli bölgəsinin qubernatoru Levan Xarabadze vəzifəsini tərk edib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, o, bu gün Parlament tərəfindən Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Mamuka Mdinaradzenin müavini vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidze 6 may tarixində Levan Xarabadzeni Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsinə təyin edib. Karyerası boyu hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışmış Levan Xarabadze bu posta Şida Kartli bölgəsinin qubernatoru vəzifəsindən keçib.