04.09.2025 10:52
838
Siyasət
A
"4 oktyabr Gürcüstan müxalifətinin qələbə günü olacaq"- Xabeişvili

"4 oktyabr Gürcüstan müxalifətinin qələbə günü olacaq".

Aktual.ge xəbər verir ki, bu barədə "Milli Hərəkat" partiyasının Siyasi Şurasının sədri Levan Xabeişvili sosial şəbəkədə yaydığı bəyanatda bildirib.

“Bələdiyyə deputatlığına tamah salanlar çaşqın və sarsılmış sifətlərlə, polisin kordonu altında irəliləyirdilər. Onları yan-yana addımlayan ‘milisionerlər’ müşayiət edirdi ki, bahalı geyimlərinə dəyən yumurta və ya təhqirlər onlara yox, özlərinə dəysin.
Ançuqelidzenin ruhuna hörmətsizlik edən bu deputasiyanı sadə jandarm zabitləri alın tərilə qoruyurdu.
İvanişvili rejiminin tam kapitulyasiyası yaxınlaşır. 4 oktyabr – qələbə günüdür! Hamı küçələrə, bayraqlarla!” – deyə Xabeişvili yazıb.

Xatırladaq ki, ötən gün "Gürcü Arzusu" partiyasının nümayəndələri – o cümlədən Tbilisi meri və merliyə namizəd Kaxa Kaladze – onun seçki qərargahının açılış mərasimində etirazçıların səsləndirdiyi şüarlar səbəbilə tədbiri yarımçıq tərk etməyə məcbur olublar.

Etirazçılar “Qullar!”, “Ruslar!” kimi şüarlar səsləndiriblər. Tədbirdən sonra baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Şalva Papuaşvili, deputatlar və nazirlər etirazçıların qışqırıqları altında ərazini tərk ediblər.

Hadisə zamanı "Gürcü Arzusu" partiyasının üzvü Beka Odişaria ilə etirazçılar arasında sözlü mübahisə də yaşanıb.

ŞƏRH YAZ
1