"Qəsəbələrdən, xüsusilə kəndlərdən keçərkən hər yerdə gözə dəyən qaz boruları görünür, bu isə mənzərəyə zərər verir. Burada biz yeni standart tətbiq etmək istəyirik".
Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bu gün hökumətin iclasında məlumat verib.
Hökumət rəhbərinin sözlərinə görə, bütün qaz borularını birdən-birə dəyişmək və yeraltına keçirmək çətin olacaq, lakin bütün yeni layihələr yeraltında həyata keçiriləcək.
“Qəsəbələrdən, xüsusilə kəndlərdən keçərkən hər yerdə gözə dəyən qaz boruları görürsünüz, bu isə mənzərəyə zərər verir. Burada da biz yeni standart tətbiq etmək istəyirik. Təbii ki, bütün qaz borularını birdən-birə dəyişmək və yeraltına keçirmək çətin və mümkünsüz olacaq, lakin biz yeni standart müəyyən etmək istəyirik ki, yeni işlər uyğun vizual standartlara tabe olsun. Bütün yeni layihələr yeraltında, səthdə deyil, həyata keçiriləcək ki, qəsəbələrin görünüşünə diqqət yetirək. Bütün bunlar nəticədə hər bir qəsəbənin mənzərəsinə təsir göstərəcək” , - deyə hökumə başçısı bildirib.