09.09.2025 23:32
1144
Maraqlı
A
"Apple" dünyanı təəccübləndirdi | "iPhone 17" seriyasının qiymətləri - VİDEO

ABŞ-nin "Apple" korporasiyası yeni nəsil smartfonları - "iPhone 17"ni təqdim edib.

Aktual.ge məlumat verir ki, təqdimat şirkətin saytında yayımlanıb.

Dörd smartfondan biri "Apple" tarixində ən nazik korpusu olan model - "iPhone 17 Air"dir. Telefonun qalınlığı 5,6 mm-dir.

"iPhone 17" smartfonları alüminium və titandan hazırlanıb, modeldən asılı olaraq A19 və ya A19Pro prosessoru ilə təchiz edilib.

"iPhone 17"nin diaqonalı 6,3 düym, "iPhone 17 Air"in - 6,5 düym, "iPhone 17 Pro"nun - 6,3 düym, "iPhone 17 Pro Max"ın - 6,9 düymdür.

Yeni modellərdə kamera sistemi də xeyli təkmilləşdirilib. "iPhone 17 Pro" və "Pro Max" modellərində 48 MP əsas kamera ilə yanaşı, 5x optik zoom imkanlı telefoto obyektiv və süni intellekt dəstəklı "Smart HDR 6" texnologiyası təqdim olunub. Gecə çəkiliş keyfiyyəti və video stabilizasiya əvvəlki nəsillərə nisbətən əhəmiyyətli dərəcədə artırılıb. Selfi kamerası isə daha real rəng ötürməsi və avtomatik portret rejimi ilə təkmilləşdirilib.

Həmçinin yeni smartfon modellərinin ABŞ-dakı satış qiymətləri də açıqlanıb:

iPhone 17 (256 GB) - 799 dollar.

iPhone 17 (512 GB) - 999 dollar.

iPhone 17 Air (256 GB) - 999 dollar.

iPhone 17 Air (512 GB) - 1199 dollar.

iPhone 17 Air (1024 GB) - 1399 dollar.

iPhone 17 Pro (256 GB) - 1099 dollar.

iPhone 17 Pro (512 GB) - 1299 dollar.

iPhone 17 Pro (1024 GB) - 1499 dollar.

iPhone 17 Pro Max (256 GB) - 1199 dollar.

iPhone 17 Pro Max (512 GB) - 1399 dollar.

iPhone 17 Pro Max (1024 GB) - 1599 dollar.

iPhone 17 Pro Max (2048 GB) - 1999 dollar.

Smartfonlarla yanaşı, "Apple" şirkəti yeni "AirPods Pro 3" qulaqcıqlarını və "Apple Watch" smart saatını da təqdim edib.

ŞƏRH YAZ
1