“Heç kim bilmir, rus IT şirkətləri Batumi və Tbilisidə nə işlə məşğuldur” 
12.09.2025 00:07
760
Maraqlı
A
“Heç kim bilmir, rus IT şirkətləri Batumi və Tbilisidə nə işlə məşğuldur” 

“Batumi və Tbilisi müəmmalı rusiyalı IT şirkətləri ilə doludur, onların nəyin üzərində işlədiyini heç kim bilmir”.

Aktual.ge xəbər verir ki, bunu "G.Miller International Georgia"nın direktoru Nikoloz Uruşadze “PalitraNews”un efirində bildirib.

Onun sözlərinə görə, bu iki şəhərdə artıq boş ofis sahələri yoxdur, çünki hamısı onlayn şirkətlərlə dolub.

“Rusiyadan Gürcüstana, xüsusilə də Batumiyə çoxlu biznes köçüb. Əgər Batumi və Tbilisinin ofis bazarına baxsaq, müəmmalı rus IT şirkətləri ilə doludur, onların nəyin üzərində işlədiyini heç kim bilmir. Əsasən haker fəaliyyəti, 'call-center'lərlə məşğuldurlar. Bir qismini Gürcüstan hüquq-mühafizə orqanları tutur, amma bəzilərini tuta bilmirlər. Faktiki olaraq, artıq boş sahələr yoxdur, hamısı onlayn şirkətlər tərəfindən tutulub, amma onların nə işlə məşğul olduqları bəlli deyil: müharibəyə cəlb olunublar və ya müharibəni dəstəkləyirlər, yoxsa sadəcə çağrı mərkəzləridir?!

Əsas məkanlar Tbilisi və Batumidir, yəni infrastrukturun inkişaf etdiyi yerlər. Onlar dağlıq ərazilərə getmirlər, çünki orada internet olmaya bilər” , - deyə Nikoloz Uruşadze qeyd edib.

ŞƏRH YAZ
10