"20 nəfər çıxır və Tbilisinin mərkəzi prospektini bağlamaqla Gürcüstan vətəndaşlarını narahat edir, biz buna səbrlə yanaşırıq, amma bir dəfə elə son qoyacağıq ki, bir daha təkrarlanmasın".
Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, “xarici agentura, eybəcərlik və psevdoliberalların radikalizmi sona çatmalıdır”.
“Xarici agentura, bu eybəcərlik, bu psevdoliberalların radikalizmi sona çatmalıdır. Onların resursları tamamilə tükənib və gördüyümüz bu hal da bitməlidir. 20 nəfər çıxır və Tbilisinin mərkəzi prospektini bağlayaraq Gürcüstan vətəndaşlarını narahat edir. Bu sona çatmalıdır və çatacaq da. Xalq buna səbrlə baxır, biz də səbrlə baxırıq, amma bir dəfə biz buna elə son qoyacağıq ki, bir daha təkrarlanmasın. Əsas məsələ budur ki, bu radikalizm bir daha təkrarlanmasın. Cəmiyyətimiz sakit yaşamalıdır”, - deyə hökumət başçısı qeyd edib.
Bundan əlavə, İrakli Kobaxidze deyib ki, Tbilisidə “Gürcü Arzusu”nun seçki qərargahı qarşısında aksiyalar keçirən insanlar xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar.
“Qərargahın qarşısına gedən bu insanlar xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar. Bu, faciəvi hadisədir. Onlardan heç biri nə gürcüyə, nə kişiyə, nə qadına oxşayır. Bütün identikliklərini itiriblər. Bu insanlar xilas edilməlidirlər. Bəzilərinə müalicə lazımdır, bəzilərinə psixoloji terapiya, müxtəlif növ terapiyalar. Ümid edək ki, nəticədə bu insanlar da düzəlmə yoluna qədəm qoyacaqlar” - İrakli Kobaxidze "İmedi' telekanalının canlı yayımında söyləyib.