Doğum azalır, ölüm artır | Ölkə üzrə demoqrafik böhran dərinləşir
12.09.2025 14:20
573
Maraqlı
A
Doğum azalır, ölüm artır | Ölkə üzrə demoqrafik böhran dərinləşir

Gürcüstanda 2025-ci ilin yanvar-iyun aylarında diri doğulan körpələrin sayı 17 min 719 nəfər təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti ("Saksat") yayıb.

Qeyd olunub ki, həmin dövrdə ölkədə 22 min 718 nəfər vəfat edib. 

"Saksat"ın məlumatına əsasən, 2025-ci ilin ilk yarısında diri doğulanlarla vəfat edənlərin sayı arasındakı fərq 4 min 999 nəfər olub.

Təbii artımın müsbət göstəricisi yalnız Tbilisi şəhərində (406 nəfər) və Acara Muxtar Respublikasında (296 nəfər) qeydə alınıb.

Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk 6 ayında 9 min 925 nikah və 6 min 456 boşanma halı qeydə alınıb.

ŞƏRH YAZ
14