“4 oktyabrda hökumət artıq uduzub”.
Aktual.ge xəbər verir ki, bu barədə siyasətçi Paata Burçuladze deyib.
Onun sözlərinə görə, "Gürcü Arzusu" hakimiyyəti ədalətsiz addımlarla prosesləri dayandırmağa çalışır, lakin xalq etirazının qarşısını ala bilməyəcək.
Onun fikrincə, şəxsi həbsi halında belə əsas məsələ xalqın səsinin və etirazının davam edəcəyidir, baş verənlər isə “Gürcü Arzusu"nun acizliyinin göstəricisidir.
“Belə ədalətsizlik davam edə bilməz. Bir şeyi də demək lazımdır: 4 oktyabrda hökumət artıq uduzub. Onlar artıq ağ bayraq qaldırıblar, çünki bilirlər oktyabrın 5-i səhər onlar olmayacaqlar. Kimi həbs edəcəklər? Məni? Ola bilər, nəyisə bəyənməsinlər üzümü, yaxud səhər saç düzümümü, və buna görə məni həbs etsinlər. Buyursunlar, amma xalqa nə edə biləcəklər? Əlbəttə ki, hər şey baş verə bilər. Mən bu hərəkatı başlayanda Rustaveli prospektində əvvəlcədən bilirdim ki, belə bir şey ola bilər və baxın, baş verdi. Bu, onların acizliyinin göstəricisidir” , - deyə Paata Burçuladze qeyd edib.