Kateqoriyalar
Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsi azadlığın qanunsuz məhdudlaşdırılması, məcburetmə və ağır cinayəti gizlətmə ittihamları üzrə 7 nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, onlar arasında əvvəllər məhkum olunmuş şəxslər də var.
İstintaqa görə, 1996-cı il təvəllüdlü E.A, 1982-ci il təvəllüdlü Ş.S-nin köməyi ilə evlənmək məqsədilə 2005-ci il təvəllüdlü qızı qaçırıb. Polis hadisə barədə məlumat aldıqdan sonra qızın yerini müəyyənləşdirərək onu xilas edib, şübhəliləri isə saxlayıb. Cinayət barədə məlumatı olub, lakin hüquq-mühafizə orqanlarına bildirməyən şəxslər də məsuliyyətə cəlb olunublar.
Faktla bağlı araşdırma davam etdirilir.