Marneulidə qız qaçırılması qalmaqalı: Aralarında qadınlarında olduğu 7 nəfər saxlanılıb - VİDEO
13.09.2025 01:34
1771
Siyasət
A
Marneulidə qız qaçırılması qalmaqalı: Aralarında qadınlarında olduğu 7 nəfər saxlanılıb - VİDEO

Marneuli polisi evlənmək məqsədilə azadlığın qanunsuz məhdudlaşdırılması, hədə-qorxu və cinayəti gizlətmə ittihamı ilə yeddi nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində 7 nəfər – 1996-cı il təvəllüdlü E.A., 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.S., 1970-ci il təvəllüdlü T.M., 1993-cü il təvəllüdlü Ş.Q., 1948-ci il təvəllüdlü R.A., 1993-cü il təvəllüdlü C.A. və 1968-ci il təvəllüdlü E.A. saxlanılıb.

İstintaq müəyyən edib ki, Marneuli rayonunun kəndlərindən birində E.A., Ş.S.-in köməyi ilə qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə 2005-ci il təvəllüdlü qızın azadlığını evlənmək məqsədilə qanunsuz məhdudlaşdırıb. Hadisə barədə məlumat alan polis qısa müddətdə qızın yerini müəyyənləşdirib və hər iki şəxs təqsirləndirilən qismində saxlanılıb.

Bundan əlavə, cinayət barədə məlumata malik olub, lakin hüquq-mühafizə orqanlarına bildirməyən şəxslər də məsuliyyətə cəlb olunublar.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi (azadlığın qanunsuz məhdudlaşdırılması), 150-ci maddə (məcburetmə) və 376-cı maddənin birinci hissəsi (cinayəti gizlətmə) ilə davam etdirilir.

ŞƏRH YAZ
0