Marneulidə daha bir qəzalı binanın sakinləri fəryad edir - VİDEO
13.09.2025 10:06
724
Hadisə
A
Marneulidə daha bir qəzalı binanın sakinləri fəryad edir - VİDEO

“Gecələr qorxudan yata bilmirik – bina hər an uçub dağılacaq kimi görünür. Kim sağ qalacaq, kim həyatını itirəcək, onu yalnız Allah bilir”.

Bu ürəkdağlayan sözlərlə Marneuli Bələdiyyəsinin Candar massivində yaşayan sakinlər Aktual.ge xəbər portalına müraciət ediblər.

Qamsaxuriya küçəsindən sonra indi də Candar massivinin sakinləri köhnə və qəzalı binada yaşamağa məcbur olduqlarını bildirirlər. Onların sözlərinə görə, bina uzun müddətdir ki, istismara yararsız vəziyyətdədir. Çat vermiş divarlar, uçmuş dam örtüyü və zədələnmiş konstruksiyalar burada yaşayan insanların həyatını hər an təhlükə ilə üz-üzə qoyur.

Sakinlərin sözlərinə görə, bu şərait nəinki normal yaşayış üçün yolverilməzdir, hətta ciddi faciəyə səbəb ola bilər.

Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, indiyədək heç bir real addım atılmayıb. Candar sakinləri aidiyyəti qurumlardan təcili tədbir görülməsini tələb edirlər. Onların əsas istəyi ya binanın əsaslı şəkildə bərpa olunması, ya da ailələrin daha təhlükəsiz yaşayış yerinə köçürülməsidir.

Bəs Marneulidəki qəzalı yaşayış binalarının taleyi necə həll ediləcək? Bu mövzu ilə bağlı dəfələrlə Marneuli yerli özünüidarəetmə orqanına müraciət etsək də, hələlik cavab almaq mümkün olmayıb.

Daha ətraflı Salo Salahlının hazırladığı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
1