Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları, isti izlərlə həyata keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən sağlamlığa zərər vurmaq ittihamı ilə 2005-ci il təvəllüdlü N.X.-i və 2007-ci il təvəllüdlü T.X.-i saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, cinayət əməlləri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
"İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin kəndlərindən birində əvvəllər baş vermiş mübahisə zəminində həmkəndliləri, 1992-ci il təvəllüdlü Ş.Q.-ya küt və iti alətlə müxtəlif bədən xəsarətləri yetiriblər və hadisə yerindən qaçıblar. Yaralı gənc oğlana tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Polis N.X. və T.X.-i təqsirləndirilən şəxs qismində isti izlərlə saxlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 120-ci maddələri ilə aparılır" , - məlumatda deyilir.
Qeyd edək ki, Aktual.ge-nin məlumatına görə, Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində dünən axşam saatlarında qanlı hadisə baş verib.