Narkotik cinayətlərinə görə daha 14 nəfəri saxlanılıb - VİDEO
14.09.2025 13:24
530
Siyasət
A
Narkotik cinayətlərinə görə daha 14 nəfəri saxlanılıb - VİDEO

Polis Tbilisidə və regionlarda narkotik cinayətlərinə görə 14 nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, DİN-in Mərkəzi Kriminal Polis, Patrul Polisi, Tbilisi, Raça-Leçxumi, Kaxeti və İmereti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 14 nəfəri saxlayıblar.

Bildirilib ki, sözügedən cinayət əməli 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

“Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanması, realizasiyasına dəstək göstərilməsi, ölkəyə qanunsuz yolla gətirilməsi, narkotik tərkibli bitkinin qanunsuz əkilməsi, yetişdirilməsi və kultivasiyası, psixotrop maddələrin realizəsi ittihamı ilə saxlanılanlar bunlardır:

2004-cü il təvəllüdlü G.T., 1970-ci il təvəllüdlü A.K., 1983-cü il təvəllüdlü M.O., 1976-cı il təvəllüdlü B.L., 1995-ci il təvəllüdlü G.N., 2002-ci il təvəllüdlü B.M.,

Xarici ölkə vətəndaşları: 2000-ci il təvəllüdlü O.J., 1986-cı il təvəllüdlü E.K., 1999-cu il təvəllüdlü M.J., və əvvəllər məhkum olunmuş şəxslər: 1983-cü il təvəllüdlü M.B., 1980-ci il təvəllüdlü G.Ts., 1976-cı il təvəllüdlü L.Sh., 1968-ci il təvəllüdlü K.G., 2007-ci il təvəllüdlü A.J.

Hüquq-mühafizə orqanları narkotik cinayətlərinə görə saxlanılan şəxslərin üzərinə və yaşadıqları evlərə, həmçinin onların göstərdiyi ünvanlara keçirilən axtarış zamanı müxtəlif növ xüsusilə böyük miqdarda narkotik vasitələr – “metadon”, “subotex”, “buprenorfin”, “alfa-PVP”, “lirika”, “qurudulmuş marixuana” və “kannabis bitkisi” maddi sübut kimi götürülüb.

İstintaq hərəkətləri nəticəsində, həmçinin saxlanılanların evlərindən narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar, elektron tərəzilər və yapışqan lentlər götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cu maddənin¹, 262-ci və 265-ci prim maddələri ilə aparılır”, - məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl, DİN 12 sentyabr tarixində bildirib ki, narkotik cinayəti ittihamı ilə 42 nəfər saxlanılıb.

ŞƏRH YAZ
1