Kateqoriyalar
Əslən Gürcüstanın Telavi rayonunun Qaracala kəndindən olan, 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev Bakıda MMA (Qarışıq Döyüş Növləri) üzrə ilk döyüşünə çıxıb.
Aktual.ge xəbər verir ki, gürcüstanlı idmançı iranlı rəqibi Nezhad Vahidini birinci raundda nakautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə başlayıb.
Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.
