Xüsusilə külli miqdarda narkotik vasitə “metadon” ələ keçirilib, bir nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1995-ci il təvəllüdlü C.M.-ni xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və qanunsuz dövriyyəsinin təşkili ittihamı ilə saxlayıblar.
Cinayət işi üzrə ittiham təsdiqlənərsə, 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
"Hüquq-mühafizə orqanları C.M.-nin üzərinə və onun idarə etdiyi avtomobilə baxış keçirərkən, həmçinin təqsirləndirilən şəxsin müxtəlif ünvanlarda satış məqsədilə yerləşdirdiyi, 14 paket şəklində qablaşdırılmış “metadon” narkotik vasitəsini maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prim maddəsinin 6-cı hissəsi ilə aparılır, – deyə məlumatda qeyd olunur.