DİN Elene Xoştariyanın saxlanılması ilə bağlı bəyanat verdi
15.09.2025 16:52
348
Kriminal
A
DİN Elene Xoştariyanın saxlanılması ilə bağlı bəyanat verdi

Daxili İşlər Nazirliyi (DİN) “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Elene Xoştarianın saxlanılması ilə bağlı bəyanat verib.

Aktual.ge xəbər verir ki, DİN müxalif liderin saxlanılmasını “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Tbilisi merliyinə namizədi Kaxa Kaladzeyə aid seçki bannerlərinin zədələnməsi faktı ilə əlaqələndirib.

“Daxili İşlər Nazirliyinin əməkdaşları əmlaka zərər vurmaq ittihamı ilə 1979-cu il təvəllüdlü Elene Xoştarianı saxlayıblar.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs cari ilin 14 sentyabrında Tbilisidə, Melikişvili prospektində ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ partiyasının Tbilisi merliyinə namizədinin seçki bannerlərinə zərər vurub.

İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə aparılır ki, bu da əmlakın zədələnməsini və ya məhv edilməsini nəzərdə tutur.

Cinayət 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - DİN-in bəyanatında deyilir.

ŞƏRH YAZ
9