15.09.2025 17:35
450
Maraqlı
A
"Ermənistanın sərhəd möhüründən Ağrı Dağının təsviri çıxarılacaq" - FOTO

1 Noyabrdan etibarən Ermənistan dövlət sərhədini keçid möhüründən Ağrı Dağının təsviri çıxarılacaq.

Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı "Newsarmenia" nəşri yayıb.

Nəşrin məlumatına görə, Ermənistan hökumətinin 11 sentyabr tarixli qərarı ilə 2011-ci il 12 may tarixli “Ermənistan Respublikasının dövlət sərhəd rejiminin müəyyən edilməsi haqqında” qərarı dəyişib. Edilən digər dəyişikliklərlə yanaşı, Ermənistan dövlət sərhədini keçid möhüründə artıq Ağrı Dağının təsviri olmayacaq.

Dəyişikliyə əsasən, möhür üzərində yalnız “Ermənistan” (“ՀԱՅԱՍՏԱՆ,” “ARMENIA”) sözü erməni və ingilis dillərində qeyd olunacaq, həmçinin dövlət sərhədini keçid məntəqəsinin adı, sərhədin keçildiyi gün, ay və il, eləcə də hava, dəmir yolu və ya avtomobil buraxılış məntəqələrinin fərqləndirici nişanları əks olunacaq.

armenia1-1757939216.jpg

Qeyd edək ki, Ağrı Dağı Türkiyə ərazisində yerləşir, lakin Ermənistan bunu özünün ərazisi olduğunu iddia edirdi və tarixi simvolu kimi hesab edirdi.

Ötən həftə Ermənistan və Türkiyə nümayəndələri münasibətlərin normallaşdırılması məqsədilə görüşü Ermənistan ərazisində keçiriblər. Münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara tərəflər 2020-ci ildə, yəni 44 günlük Qarabağ müharibəsindən sonra başlamışdılar. Halbuki iki ölkə arasında diplomatik münasibətlər 30 ildən artıqdır ki, kəsilib və hər iki tərəfin quru sərhədi bağlıdır.

Bununla yanaşı, sentyabrın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi 30 ildən sonra ilk dəfə Azərbaycan hava məkanından istifadə edib.

ŞƏRH YAZ
0