Şaişmelaşvilidən səs-küylü iddia: DİN imtina edərsə, proseslərə müdafiə qüvvələri qoşulacaq
16.09.2025 00:58
1324
Siyasət
A
Şaişmelaşvilidən səs-küylü iddia: DİN imtina edərsə, proseslərə müdafiə qüvvələri qoşulacaq

Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi Tapşırıqlar Departamentinin keçmiş yüksəkvəzifəli məmuru İrakli Şaişmelaşvili sosial şəbəkədə yazıb ki, hazırkı müdafiə naziri İrakli Çixovani xarici işlər naziri vəzifəsinə təyin ediləcək.

Aktual.ge xəbər verir ki, o, iddia edib ki, İrakli Çikovani XİN rəhbəri təyin olacağı təqdirdə əsas vəzifəsi Vaşinqtonla münasibətlərin qaydaya salınması olacaq.

Bundan əlavə, o, qeyd edib ki, müdafiə naziri postuna Sameqrelo–Zemo Svaneti Polis Departamentinin direktoru Quram Zesaşvili təyin olunacaq.

Onun sözlərinə görə, əgər DİN əməkdaşları aksiyada vətəndaşlara qarşı güc tətbiqindən imtina etsələr, fövqəladə vəziyyət elan olunması və proseslərə müdafiə qüvvələrinin cəlb edilməsi planlaşdırılır.

" 'Gürcü Arzusu'nda (Saakaşvili tərəfdarlarının işarə etdiyi kimi – "Saqotsa") böyük hadisələr planlaşdırılır. Hazırkı müdafiə naziri İrakli Çixovani xarici işlər naziri vəzifəsinə keçirilir, burada onun vəzifəsi Vaşinqtonla münasibətlərin qaydaya salınması olacaq.

DİN-in Sameqrelo–Zemo Svaneti Polis Departamentinin direktoru Quram Zesaşvili (Qelanın tövsiyəsi ilə) müdafiə naziri təyin olunur. Burada daha geniş bir strategiya da nəzərdə tutulub (Klimnti Voroşilovun nümunəsinə əsasən): Əgər DİN əməkdaşları vətəndaşlara qarşı güc tətbiqindən imtina etsələr, fövqəladə vəziyyət elan etmək və proseslərə müdafiə qüvvələrini cəlb etmək planlaşdırılır" , - deyə İrakli Şaişmelaşvili iddia edib.

ŞƏRH YAZ
0