Baş nazir Elene Xoştariyanın saxlanılmasına kəskin reaksiya verdi
16.09.2025 01:12
691
Siyasət
A
Baş nazir Elene Xoştariyanın saxlanılmasına kəskin reaksiya verdi

"Elene Xoştariya radikaldır, guya antirusdur, amma əslində hər ay Rusiyanın dövlət xəzinəsindən milyonlarla rubl alır. Cəmiyyət çox yaxşı görür ki, kim kimdir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın baş naziri İrakli Kobaxidze "Dəyişiklik üçün Koalisiya"nın liderlərindən biri Elene Xoştariyanın "Gürcü Arzusu"nun Tbilisi meri Kaxa Kaladzenin seçki bannerini zədələməsi ittihamı ilə saxlanılmasına münasibət bildirib.

Hökumət başçısının sözlərinə görə, Xoştariyanın cinayəti beş ilədək həbs cəzası nəzərdə tutur və ola bilsin ki, ümumiyyətlə ona həbs verilməsin.

“Beş ilədək həbs nəzərdə tutulur. Beş ilədək həbs o deməkdir ki, ola bilər 6 ay həbs alsın, ola bilər ümumiyyətlə həbs edilməsin...

150 lari ziyanı aşan halda, bu dəfə ziyan 150 laridən çox idi, prokurorluq məcburdur ki, cinayət işi qaldırsın. Sadədir”, - deyən İrakli Kobaxidze əlavə edib:

“Cəmiyyət çox yaxşı görür ki, kim kimdir, o cümlədən Elene Xoştariya ilə bağlı cəmiyyətin öz qiymətləndirməsini verməsi çətin deyil”.

ŞƏRH YAZ
13