Gürcüstan millisinin iki futbolçusu koronavirusa yoluxdu
Gürcüstan yığmasının iki futbolçusu koronavirusa yoluxub.
Aktual.ge-nin Gürcüstan Futbol Federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Türkiyə "Konyaspor"unun yarımmüdafiəçisi Levan Şengeliya ilə Rusiya "Rubin"inin hücumçusu Xviça Kvaratsxeliyadır. Hər iki oyunçudan noyabrın 10-da götürülmüş COVID-19 analizi müsbət nəticə verib. Onlar təcrid olunublar və yaxın günlərdə həkim nəzarəti altında olacaqlar.
Qeyd edək ki, Gürcüstan yığması noyabrın 12-də Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off, noyabrın 15-də Ermənistan və noyabrın 18-də Estoniya ilə UEFA Millətlər Liqasının seçmə oyunlarında üz-üzə gələcək.