Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
16.09.2025 13:24
1073
Maraqlı
A
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

18–20 sentyabr tarixlərində Gürcüstanda güclü yağış, küləyin güclənməsi və dənizdə fırtınalı dalğalanmalar gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

"18 sentyabr axşamından 20 sentyabr günortadan sonrakı vaxta qədər Gürcüstanda yağış, bəzi yerlərdə güclü, həmçinin ildırım, dolu, küləyin güclənməsi, dənizdə isə 3–4 ballıq fırtınalı dalğalanma gözlənilir.

Gözlənilən yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda selə, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - edilən xəbərdarlıq məlumatında təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.

ŞƏRH YAZ
1