BMT-nin Araşdırma Komissiyası:
16.09.2025 15:34
585
Dünya
A
BMT-nin Araşdırma Komissiyası: "İsrail Qəzzada soyqırımı törədib"

BMT-nin Araşdırma Komissiyasının qənaətinə görə, İsrail Qəzzada soyqırımı törədib.

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, Araşdırma Komissiyasının rəhbəri Navi Pillay bildirib ki, vəhşi cinayətlərə görə məsuliyyət İsrailin yüksək səviyyəli rəsmilərinin üzərinə düşür.

Onun sözlərinə görə, komissiya Qəzzada soyqırımı ilə bağlı 16 000-dən çox sübut toplayıb.

“Qəzzada soyqırımı davam edir. Vəhşi cinayətlərə görə məsuliyyət İsrailin yüksək səviyyəli rəsmilərinin üzərinə düşür. Onlar demək olar ki, iki ildir Qəzzada soyqırım həyata keçirirlər, xüsusi motivlə, Qəzzadakı fələstinliləri məhv etmək üçün”, - deyə araşdırma komissiyasının rəhbəri Navi Pillay qeyd edib.

İsrailin Xarici İşlər Nazirliyi isə BMT-nin Araşdırma Komissiyasının qənaətini rədd edib və bunun “Hamasın yalanlarına” əsaslandığını söyləyib.

ŞƏRH YAZ
11