Qarabağ səfərdə
17.09.2025 01:09
1023
İdman
A
Qarabağ səfərdə "Benfika" ilə matçda əzmkar qələbə qazanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Qarabağ səfərdə "Benfika" ilə matçda geridönüş edərək əzmkar qələbə qazanıb.

Aktual.ge xəbər verir ki, hesabda 0:2 geridə olan ağdamlılar yekunda 3:2 hesabı ilə qalib gəliblər.

Qolları "Benfika"nın heyətində Barreneçea (6), Pavlidis (16), "Qarabağ"ın heyətində Leandro Andrade (30), Kamilo Duran (48), Aleksey Kaşşuk (86) vurublar.

"Qarabağ" Çempionlar Liqasında növbəti matçını oktyabr ayının 1-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Azərbaycan təmsilçisi Danimarkanın "Kopenhagen" klubunu qonaq dəcək.

ŞƏRH YAZ
4