Daxili İşlər Nazirliyinin Aşağı Kartli Polis Departamentinin Rustavi Şəhər Polis İdarəsinin əməkdaşları keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və realizəsinə kömək etməkdə ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, 1994-cü il təvəllüdlü İ.S.-ni saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.
Aktual.ge xəbər verir ki, nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində və yaşayış evində aparılan axtarış zamanı 185 ədəd bağlamada qablaşdırılmış “amfetamin” narkotik vasitəsini maddi sübut kimi götürüblər.
Onların bildirdiyinə görə, istintaq hərəkətləri zamanı polis narkotik vasitənin qablaşdırılması üçün lazım olan materialları, elektron tərəzi, yapışqan lent və polietilen bağlamalı paketləri də götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi və 260^1 maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.