Gürcüstanda iri miqyaslı pul yuyulması əməliyyatı: Yüz milyonlarla dollar | Rəqəmlər baş döndürür
17.09.2025 12:07
891
Kriminal
A
Gürcüstanda iri miqyaslı pul yuyulması əməliyyatı: Yüz milyonlarla dollar | Rəqəmlər baş döndürür

Gürcüstan Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilən tədbir çərçivəsində, 2022–2024-cü illərdə həyata keçirilmiş, misilsiz məbləğdə - 624 milyon ABŞ dolları və 35 milyon avro həcmində qanunsuz gəlirin leqallaşdırılması faktını aşkar edib. Pul yuyulması ittihamı ilə bir nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Prokurorluqda keçirilən brifinqdə bildirilib.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvləri 2022–2024-cü illərdə təqribən 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qanunsuz gəlirin leqallaşdırılmasını həyata keçiriblər.

"Saxlanılan şəxslə əvvəlcədən razılaşaraq cinayətkar qrupun üzvləri gömrük prosedurlarını kənara qoymaqla, avtomobillərdə gizli saxlanc yerləri vasitəsilə qonşu ölkələrdən çox böyük həcmdə mənşəyi şübhəli olan xarici valyutanı ölkəyə gətirir və həmin pulları toplanma məntəqəsinə valyutadəyişmə məntəqəsinə çatdırırdılar.

Təqsirləndirilən şəxs bu yolla toplanmış çox böyük məbləğdə mənşəyi şübhəli olan xarici valyutanı qanuni görsəniş vermək məqsədilə müxtəlif dövrlərdə banklara təqdim edib, guya valyuta fəaliyyəti çərçivəsində əldə olunmuş qanuni gəlir kimi rəsmiləşdirib. Bunun sübutu kimi kommersiya banklarına saxta məlumat təqdim olunub. Banklarda konvertasiya yolu ilə əldə edilmiş vəsaitlər isə digər şəxslərə ötürülərək, istifadə olunmaqla, həmçinin daşınar və daşınmaz əmlakların alınması yolu ilə leqal iqtisadi dövriyyəyə daxil edilib.

“Prokurorluqda aparılan istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs özünə məxsus, Milli Bank tərəfindən lisenziyalaşdırılmış valyutadəyişmə məntəqəsinin fəaliyyəti adı altında, ‘Pul yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasının dəstəklənməsi haqqında’ Gürcüstan qanununun tələblərini qəsdən nəzərə almadan, mənşəyi şübhəli vəsaitlərin toplanması, konvertasiya yolu ilə mənşəyinin dəyişdirilməsi və leqal dövriyyəyə daxil edilməsi üçün qanunsuz şəbəkə qurub. Saxlanılan şəxslə əvvəlcədən razılaşaraq cinayətkar qrupun üzvləri gömrük prosedurlarını kənara qoymaqla, avtomobillərdə gizli saxlanc yerləri vasitəsilə qonşu ölkələrdən çox böyük həcmdə mənşəyi şübhəli olan xarici valyutanı ölkəyə gətirir və həmin pulları toplanma məntəqəsinə valyutadəyişmə məntəqəsinə çatdırırdılar. Təqsirləndirilən şəxs bu yolla toplanmış çox böyük məbləğdə mənşəyi şübhəli olan xarici valyutanı qanuni görsəniş vermək məqsədilə müxtəlif dövrlərdə banklara təqdim edib, guya valyuta fəaliyyəti çərçivəsində əldə olunmuş qanuni gəlir kimi rəsmiləşdirib. Bunun sübutu kimi kommersiya banklarına saxta məlumat təqdim olunub. Banklarda konvertasiya yolu ilə əldə edilmiş vəsaitlər isə digər şəxslərə ötürülərək, istifadə olunmaqla, həmçinin daşınar və daşınmaz əmlakların alınması yolu ilə leqal iqtisadi dövriyyəyə daxil edilib.

Bu əməllərlə təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvləri 2022–2024-cü illərdə təqribən 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qanunsuz gəlirin leqallaşdırılmasını həyata keçiriblər. İş üzrə aparılan istintaq tədbirləri çərçivəsində çoxlu miqdarda nağd pul götürülüb. Cinayət yolu ilə əldə edilmiş pulların və digər aktivlərin dövlətin xeyrinə müsadirə olunmasını təmin etmək məqsədilə Prokurorluq müvafiq hüquqi prosedurlar həyata keçirəcək. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcək. İrəli sürülmüş ittiham 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Cəmiyyətə xatırladırıq ki, analoji faktlarla bağlı Prokurorluqda aparılan istintaq çərçivəsində əvvəllər 7 nəfər məhkum edilib və məhkəmənin qərarı ilə onlardan təqribən 13 milyon lari dəyərində aktiv müsadirə olunub”, - deyə Prokurorluqda bildirilib.

ŞƏRH YAZ
0