Kateqoriyalar
Müxtəlif cinayətlərə görə Kvemo Kartlidə axtarışda olan, 1987-ci il təvəllüdlü İ.A saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, İ.A 2004-cü ildən hüquq-mühafizə orqanları tərəfindən qəsdən sağlamlığa xəsarət yetirmə və seksual xarakterli hərəkətlər törətmək ittihamı ilə axtarışda olub. O, Tbilisi Beynəlxalq Hava Limanında başqa bir şəxsin adına verilmiş pasportla ölkəni tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Təqsirləndirilən şəxs artıq penitensiar müəssisəyə təhvil verilib.