Külli miqdarda çirkli pulların yuyulması faktı | Milli Bank bəyanat yayır
17.09.2025 13:44
487
Siyasət
A
Külli miqdarda çirkli pulların yuyulması faktı | Milli Bank bəyanat yayır

Gürcüstan Milli Bankı külli miqdarda pulun yuyulması ilə bağlı istintaqa dair açıqlama yayıb.

Aktual.ge xəbər verir ki, bank bildirir ki, müvafiq qurumlarla fəal əməkdaşlıq edib və araşdırmalara cəlb olunub.

Məlumata görə, istintaqa qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında məlumat təqdim olunub. Bank valyuta mübadilə məntəqələrinə nəzarəti davam etdirir və çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və sanksiyaların icrasına nəzarət edir.

Milli Bank qeyd edir ki, pozuntular aşkarlandıqda pul cərimələri də daxil olmaqla müvafiq tədbirlər görülür, ehtimal olunan cinayət halları isə hüquq-mühafizə orqanlarına ötürülür.

Bəyanatda əlavə olunur ki, Gürcüstanın maliyyə sektoruna nəzarət və uyğunluq beynəlxalq təşkilatlar, o cümlədən MONEYVAL tərəfindən müsbət qiymətləndirilir.

ŞƏRH YAZ
13