"İrakli Qaribaşvilinin xidməti sayəsində 'Dərin dövlət' Gürcüstanı müharibəyə cəlb edə bilmədi".
Aktual.ge xəbər verir ki, bunu Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Qaribaşvilinin “Gürcü Arzusu”na qayıtmasını istərdinizmi sualına spiker belə cavab verib:
“İrakli Qaribaşvilinin baş nazirliyi barədə qiymətləndirmələri dəfələrlə eşitmisiniz. Mən də bir neçə dəfə demişəm ki, Gürcüstanın müharibəyə cəlb olunmaması prosesində onun həlledici rolu olub. Onun qəti və açıq mövqeyi hakimiyyətin bütün qollarına, eləcə də müxtəlif institutlara əsas ton verdi ki, Gürcüstan öz vətəndaşlarını və ölkəsini o vaxt bir çoxlarının bizi sürükləmək istədiyi marionet müharibəsinə qurban verməyəcəkdi.
İrakli Qaribaşvili öz qərarını açıqlayıb ki, siyasətdən gedir. Mən də istərdim ki, hər kəs öz istəyinə uyğun davransın”, - deyə Şalva Papuaşvili qeyd edib.