17.09.2025 17:35
261
Siyasət
A
"ABŞ və Brüssel arasında dəyər fərqi yaranıb" - Papuaşvili

Şalva Papuaşvili ABŞ və Avropa İttifaqı (Aİ) arasında dəyərlərə yanaşmada fərqlərin olduğunu bildirib.

Aktual.ge xəbər verir ki, o bildirib ki, ABŞ-də administrasiya dəyişikliyindən sonra insan haqları və qanunun aliliyinə dəstək açıq şəkildə görünür, lakin Brüssel bu məsələdə geri qalır:

"Bu gün ABŞ və Brüssel arasında dəyər uçurumu var. ABŞ yeni administrasiya ilə açıq şəkildə insan haqlarının tərəfindədir. Amma görürük ki, Brüssel prosesdən geri qalır, dünyada baş verənlərdən kənarda qalır", – deyə Papuaşvili vurğulayıb.

Parlament sədri, həmçinin Avropa İttifaqını zorakılığı pisləmək əvəzinə, demokratik çərçivələrdən kənara çıxan qeyri-hökumət təşkilatlarını (QHT) dəstəkləməkdə ittiham edib:

"Hamı zorakılığı pisləyir, lakin Avropa Komissiyasının sözçüsü cinayətkarı dəstəkləyir. Aİ bürokratları isə antidemokratik hərəkətləri maliyyələşdirirlər. Oktyabrın 4-də zorakılığın təşkilində iştirak edən QHT-lər Aİ büdcəsindən maliyyələşir, səfirlər isə bununla bağlı gürcü xalqına izahat verməkdən belə çəkinmir", – o əlavə edib.

ŞƏRH YAZ
17