“Hər kəsə çağırış edirəm ki, öz ritorikalarına maksimum nəzarət etsinlər, elə vəziyyətə düşməsinlər ki, artıq bəzi adamlar düşüblər”.
Aktual.ge xəbər verir ki, bunu jurnalistlərin 4 oktyabra elan olunmuş mitinqlə bağlı sualına cavab olaraq Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, bütün qanun pozuntularına, o cümlədən ritorika səviyyəsində olanlara da hüquqi reaksiya veriləcək.
“Mən bir şeyi yenidən təkrar etmək istəyirəm, dövlətimizin dilinə alışsınlar. Biz heç kimə buna imkan verməyəcəyik. Necə ki, korrupsiya, mütəşəkkil cinayət, narkotik cinayətləri və siyasi motivli cinayətlər barədə qeyd etdim. Bu gün bizim qanunu tam sərtliyi ilə tətbiq etmək üçün daha çox imkanımız var. Buna görə də, hamıya çağırış edirəm ki, öz ritorikalarına maksimum nəzarət etsinlər, elə vəziyyətə düşməsinlər ki, artıq bəzi şəxslər düşüblər. Çünki dövlətin maraqları sonadək qorunmalıdır. İnsan qanunu bu qədər asanlıqla poza bilməz. Harada qanun pozuntusu görsək, o cümlədən ritorika səviyyəsində, hər yerdə adekvat reaksiya göstərəcəyik”, - deyə İrakli Kobaxidze vurğulayıb.