Altı il bundan əvvəl baş vermiş qəsdən adamöldürmə cəhdinə görə 1 nəfər saxlanılıb
18.09.2025 12:01
683
Siyasət
A
Altı il bundan əvvəl baş vermiş qəsdən adamöldürmə cəhdinə görə 1 nəfər saxlanılıb

Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən operativ-axtarış tədbirləri nəticəsində, 2021-ci ildən axtarışda olan və əvvəllər məhkum edilmiş, 1992-ci il təvəllüdlü D.M. saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə 2019-cu ildə baş verib. İkin araşdırmalara əsasən, 2019-cu il aprelin 26-da, Tbilisidə D.M. 1993-cü il təvəllüdlü M.T.-yə bıçaqla sinə nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Tbilisi Apellyasiya Məhkəməsinin qərarı ilə D.M.-ə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Saxlanılan şəxs artıq penitensiar müəssisəyə köçürülüb.

ŞƏRH YAZ
5