Gürcüstanda mikroavtobus və avtobusların təxminən 93%-i 10 il və daha artıq yaşı olan nəqliyyat vasitələridir.
Aktual.ge xəbər verir ki, bu barədə məlumat Milli Statistika İdarəsinin (Sakstat) hesabatında yer alır.
Xüsusilə, 2024-cü ilin məlumatına əsasən, ölkədə ümumilikdə 54,6 min mikroavtobus və avtobus qeydiyyatdan keçib. Onlardan 50,6 mini, yəni 92,7%-i, 10 il və daha artıq yaşı olan nəqliyyat vasitələridir.
Digər yaş qruplarına gəldikdə isə:
2 il və daha az yaşı olan sərnişin nəqliyyat vasitələrinin sayı 900 ədəd,
5 il və daha az yaşı olanlar – 3,1 min,
10 ildən az yaşı olanlar isə 4 min təşkil edir.
Bundan əlavə, Sakstat-ın məlumatına görə, yük maşınları sahəsində də köhnə nəqliyyat vasitələri üstünlük təşkil edir. 2024-cü ilin məlumatına əsasən, ölkədə ümumilikdə 125,7 min yük maşını fəaliyyət göstərir, onlardan 115,3 mini, yəni 91,7%-i, 10 ildən artıq yaşı olanlardır.
2 il və daha az yaşı olanlar – 2,8 min,
5 il və daha az yaşı olanlar – 4,2 min,
10 ildən az yaşı olanlar isə 9,5 min təşkil edir.
Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar ayından etibarən, 2013-cü ilə qədər istehsal olunmuş avtobuslar, yük maşınları və tibbi təyinatlı nəqliyyat vasitələri artıq Gürcüstanda qeydiyyata alınmayacaq.
Qeyd edək ki, bu cür məhdudiyyət minik avtomobilləri üçün 2024-cü ilin yanvarından qüvvəyə minib.