Kateqoriyalar
21 sentyabr gününün ikinci yarısınadək Qərbi Gürcüstanda yağışlı hava davam edəcək, bəzi yerlərdə güclü olacaq, ildırım, dolu, küləyin güclənməsi, dənizdə isə 4-6 bala qədər fırtına olması mümkündür.
Aktual.ge xəbər verir ki, bu, hava proqnozu ilə bağlı xəbərdarlığı Milli Ətraf Mühit Agenliyi elan edib.
Sinoptiklərin proqnozuna görə, gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranıb-aktivləşməsinə səbəb ola bilər.