Sinan və Elçinin ölümü: Valideynlər ədalət tələb edir, məhkəmə isə sürücüyə 3 il həbs cəzası verib - VİDEO
21.09.2025 20:03
622
Hadisə
A
Sinan və Elçinin ölümü: Valideynlər ədalət tələb edir, məhkəmə isə sürücüyə 3 il həbs cəzası verib - VİDEO

İki gəncin həyatını yarımçıq qoyan faciəvi hadisənin üzərindən aylar keçsə də, yaralar hələ də sağalmayıb. Naxiduri (Arıxlı) kəndindən olan hər iki yeniyetmə Sinan və Elçin yolu keçərkən sürücünün vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib. Onların arzuları, gələcəkləri, ümidləri bir anın içində məhv olub.

16 sentyabr tarixində Bolnisi Rayon Məhkəməsinin verdiyi qərara əsasən, qəzanı törədən sürücü cəmi üç il müddətinə azadlıqdan məhrum edilib. Bu qərar ailələrdə böyük narazılıq doğurub. Onların sözlərinə görə, iki gəncin həyatının qarşılığında verilən üç illik cəza nə ədalət, nə də vicdana sığır.

Dünyasını dəyişən yeniyetmələrin anaları və yaxınları bildirirlər ki, övladlarının həyatı yarımçıq qalıb, lakin verilən bu qərar acılarını daha da dərinləşdirib. Onlar həmçinin iddia edirlər ki, qəzanı törədən sürücünün  yüksək dairələrdə çalışanlarla yaxınlığı ilə bilinir.

Ailələrin sözlərinə görə, sürücü qəza zamanı yüksək sürətlə hərəkət edib, amma məhkəmədə bu, aşağı sürət kimi göstərilib. Onlar həmçinin sürücünün içkili olduğunu da iddia edirlər.

Qəzada övladlarını itirən ailələr qərarla razılaşmadıqlarını bəyan edərək, apellyasiya məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.

Fəryad edən analar, ədalətin bərpa olunmasını və lazımi tədbirlərin görülməsini tələb edirlər.

Qeyd edək ki, faciə 2024-cü il dekabrın 30-da baş verib. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılıb.

Daha ətraflı Salo Salahlının hazırladığı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
28